Finlandiya prezidenti Sauli Niinistö hərbisizləşdirilmiş Aland adalarında Rusiya konsulluğunun bağlanması ideyasını dəstəkləməyib. Müvafiq petisiya Finlandiyanın vətəndaş təşəbbüslərinin saytında dərc olunub, o, artıq 30 mindən çox imza toplayıb. Parlamentdə ona baxılması üçün 50 min imza lazımdır.
YLE ilə müsahibədə cənab Niinistödən Rusiya konsulluğunun adalarda qalmağa davam edib-etməyəcəyi soruşuldu. Onun sözlərinə görə, əgər “bəzi yolverilməz fəaliyyət qeydə alınarsa, o zaman Finlandiya bütün diplomatiya qaydalarına uyğun cavab verəcək”. O, həmçinin əmindir ki, konsulluğun işi öz aktuallığını itirir.
Aland adalarında Rusiya konsulluğunun bağlanması təklifi Finlandiyanın NATO-ya daxil olması ilə əlaqədar yaranıb - ölkə aprelin 4-də rəsmi olaraq alyansın 31-ci üzvü olub. Rusiya Xarici İşlər Nazirliyi petisiyadan xəbərdar olduqlarını bildirib, lakin departament ümid edir ki, Helsinki bu adaların demilitarizasiya statusu və orada Rusiya konsulluğunun olması ilə bağlı öhdəliklərini yerinə yetirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.