Sosial şəbəkə istifadəçiləri Parisdə etirazçıların Gare de Lyona girdiklərini əks etdirən videolar yayıblar. Azadmedia.az-ın məlumatına görə, Fransanın milli təhsil naziri Papa Ndiaye həmin yerdə görünməli idi.
Yayımlanan görüntülərdə parislilərin nazirin gəldiyi qatarın yaxınlığında toplaşdığı görünür. Polis kütləni çətinliklə dayandıra bilib. Bu arada təhsil naziri təcili çıxış vasitəsilə stansiyadan çıxarıla bilib.
Bundan əvvəl fransalıların pensiya islahatına qarşı etirazçıların Orse muzeyinə soxulduğu bildirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.