AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveç 5 rus diplomatını ölkədən çıxaracaq

  • + A
  • - A
  • 25-04-2023, 17:43

    İsveç 5 rus diplomatını ölkədən çıxaracaq

    İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Bilstrom bildirib ki, İsveç hakimiyyəti beş rus diplomatı ölkədən çıxarmaq qərarına gəlib. TASS-ın diplomatik mənbəsinin məlumatına görə, Rusiya diplomatların İsveçdən çıxarılmasına tezliklə cavab verəcək.

    Tobias Bilström SVT-yə deyib ki, “Qovulmuş rus diplomatlarının ərazimizdəki fəaliyyəti onların diplomatik statusu ilə bir araya sığmır”. Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev İsveç hakimiyyətinin qərarını şərh etməkdən imtina edib.

    SVT qeyd edir ki, rusiyalı diplomatların ölkədən çıxarılması barədə qərar bir sıra İsveç KİV-lərində “Rusiya kəşfiyyatının İsveç və digər Skandinaviya ölkələrindəki agentləri” ilə bağlı jurnalist araşdırmasının dərcindən sonra verilib.

    TASS-ın diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Stokholmun hərəkətlərinə Moskvanın cavabı “mütləq gələcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR