AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Braziliyadan casusluqda ittiham olunan rusiyalının ekstradisiyasını tələb edir

  • + A
  • - A
  • 27-04-2023, 22:47

    ABŞ Braziliyadan casusluqda ittiham olunan rusiyalının ekstradisiyasını tələb edir

    ABŞ Braziliyadan Qərbə qarşı casusluq əməliyyatları apararkən özünü Vaşinqtonda beynəlxalq tələbə kimi təqdim etməkdə şübhəli bilinən rusiyalının ekstradisiyasını tələb edir. Azadmedia.az xəbər verir li, bu barədə “The Washington Post” yazır.

    Casusluq etdiyi iddia edilən Sergey Çerkasov adlı Rusiya vətəndaşı hazırda saxta sənədlər hazırladığı üçün Braziliyada 15 il həbs cəzası çəkir. Rusiya onun məxfi agent olması ilə bağlı xəbərləri təkzib edib və onu narkotik ticarətində ittiham edərək ekstradisiya tələbini irəli sürüb. Ədliyyə Departamentinin iddiasına görə, Kalininqraddan olan Çerkasov gizli şəkildə Rusiya hərbi kəşfiyyatında işləyirdi və özünü Viktor Müller Ferreyra adlı braziliyalı tələbə kimi təqdim etdi.

    Bu sorğuya baxan Cənubi Amerika ölkəsinin Ali Məhkəməsi açıq şəkildə bildirib ki, Çerkasovun ekstradisiyası ilə bağlı ona qarşı istintaq başa çatana qədər qərar qəbul etmək niyyətində deyil.

    Bundan əvvəl KİV-lər ABŞ hakimiyyətinin Çin məxfi polisinin iki əməkdaşını saxlaması barədə məlumat yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həbs edilənlər ABŞ seçkiləri ilə bağlı yalan məlumatların yayılması ilə məşğul olublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR