Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin Nyu-Dehlidə keçirilən iclasına gəlib. Azadmedia.az rus mediasına istinadla xəbər verir ki, iclasda ŞƏT ölkələrinin (Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan) müdafiə nazirləri, həmçinin müşahidəçi dövlət kimi Belarus və İranın müdafiə nazirliklərinin rəhbərləri iştirak edəcək.
Aprelin 25-də Rusiya Müdafiə Nazirliyinin rəhbəri Suriya, Türkiyə və İranın müdafiə nazirləri ilə danışıqlar aparıb. Bundan bir qədər əvvəl Sergey Şoyqu Çinin müdafiə naziri Li Şanqfu ilə görüşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.