AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Serbiya prezidenti Vuçiç təcili xəstəxanaya yerləşdirilib

  • + A
  • - A
  • 28-04-2023, 10:22

    Serbiya prezidenti Vuçiç təcili xəstəxanaya yerləşdirilib

    Serbiya prezidenti Aleksandr Vuçiç təcili olaraq xəstəxanaya çatdırılıb. Azadmedia.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb. Serbiya liderinin xəstəxanaya yerləşdirilmə səbəbi açıqlanmır və rəsmi açıqlama da verilmir.

    2019-cu ildə Vuçiç ürək-damar xəstəliyinə görə ilk dəfə xəstəxanada olub.

    53 yaşlı Aleksandr Vuçiç 2017-ci ilin mayında Serbiyanın prezidenti olub. Bundan əvvəl o, ölkənin baş naziri olub. 2012-ci ildən Vuçiç müdafiə naziri və baş nazirin korrupsiya və cinayətlə mübarizəyə cavabdeh müavini olub.

    Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı. Siyasətçi canlı yayımda yerli telekanallara müsahibə verərkən özünü pis hiss edib. Jurnalist Türkiyə liderinə hökumətdə gələcək dəyişikliklərlə bağlı sual verməyə başlayandan sonra yayım kəsilib. Aprelin 26-da Ərdoğanın iştirak etdiyi bütün rəsmi tədbirlər ləğv edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR