Avropa Komissiyası Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan ilə Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan ixracını məhdudlaşdırmaq barədə razılığa gəlib. Azadmedia.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis bildirib. Onun sözlərinə görə, Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağaların aradan qaldırılması müqabilində ölkələrin fermerlərinə 100 milyon avro yardımın verilməsi də razılaşdırılıb.
“Sazişin əsas elementləri: milli idxal məhdudiyyətlərinin aradan qaldırılması, dörd növ məhsul - buğda, qarğıdalı, kolza və günəbaxan üçün müstəsna mühafizə tədbirlərinin tətbiqi, təsirə məruz qalan beş ölkədə fermerlərə 100 milyon avro yardımın göstərilməsidir, ” o, Twitter-də yazıb.
Cənab Dombrovskis bildirib ki, tərəflər, həmçinin günəbaxan yağı da daxil olmaqla bəzi digər məhsullara münasibətdə "qoruma tədbirləri"nin tətbiqi imkanlarını araşdırmaq və "həmrəylik kanalları" vasitəsilə digər ölkələrə ixracı təmin etmək üçün işləmək barədə razılığa gəliblər.
Daha əvvəl AK-dəki mənbə izah edib ki, “müstəsna ehtiyat tədbirləri” Ukrayna taxılının idxalına kvotaların tətbiqi deməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.