Şimali Koreya lideri Kim Çen Inın bacısı, ölkənin Fəhlə Partiyasının təbliğat və təşviqat departamentinin rəis müavini vəzifəsində çalışan Kim Yo-jonq ABŞ prezidenti Co Baydenin Şimali Koreyadakı rejimin sona çatması ilə bağlı dediklərinə münasibət bildirib: "Amerikanın nüvə zərbəsi absurddur.
Bu, gələcəyi olmayan, ABŞ-ın təhlükəsizliyinə, gələcəyinə cavabdehlik daşıya bilməyən və prezidentliyin qalan iki ilinin işinin öhdəsindən gəlmək çətin olan qocanın cəfəngiyyatı sayıla bilər".
Azadmedia.az xarici kiv-lərə istinadən xatırladır ki, aprelin 26-da prezident Co Bayden Cənubi Koreya prezidenti Yoon Seok-yeol ilə Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, KXDR-in ABŞ və ya müttəfiqlərinə qarşı nüvə hücumu qəbuledilməzdir və istənilən halda rejimin sonu ilə nəticələnəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.