ABŞ Ukraynanı getdikcə unudur, diqqətini Çinlə mümkün münaqişəyə yönəldir. Azadmedia.az xəbər verir ki, bunu Redacted News proqramının aparıcısı Kleyton Morris deyib.
“Burada işimiz bitdi. Zelenski hər şeydir. Biz yeni səhifəyə başlayırıq və diqqətimizi Çinə yönəldirik – mesaj budur”, – o, Politico-da dərc olunan məqaləni şərh edib.
Məqalədə Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrinin elan edilmiş əks-hücum əməliyyatı zamanı mümkün uğursuzluqla bağlı narahatlığı təsvir edilir. Ölkə hakimiyyəti Ukraynanın uğursuzluğunun dünya ictimaiyyəti tərəfindən ABŞ-ın uğursuzluğu kimi qəbul olunacağından narahatdır.
Adının çəkilməsini istəməyən amerikalı siyasətçi “Politico”ya deyib ki, Vaşinqton Ukrayna qarşısında bütün öhdəliklərini artıq yerinə yetirib, əks-hücum üçün lazım olan hər şeyi təmin edib və son bir neçə ayda silah tədarükünü artırıb. Nəşr eyni zamanda qeyd edir ki, texniki təchizata inam taktiki hazırlığa inam demək deyil.
Bundan əvvəl ABŞ-ın Kiyevin hücumunun uğurlu olacağına əmin olmaq istədiyi bildirilirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.