ABŞ Dövlət Departamenti Türkiyənin Ermənistan aviaşirkətlərinin öz hava məkanı vasitəsilə uçuşlarına icazəni dayandırmaq qərarından narahatlığını bildirib. Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
"Birləşmiş Ştatlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarıdır və bu, bütün region üçün yaxşı olardı. Biz Türkiyənin Ermənistan aviaşirkətlərinə öz hava məkanından uçuş icazəsini dayandırmaq barədə bəyanatından məyus olduq", - Dövlət Departamenti televiziya şirkətindən.
sorğuya cavab olaraq bildirib.
ABŞ Xarici İşlər Nazirliyi onu da qeyd edib ki, Ermənistan və Türkiyə arasında hava əlaqəsinin bərpasına dair əvvəllər əldə edilmiş razılaşma etimadın yaradılması üçün mühüm vasitəyə çevrilib.
“Biz ürəkdən ümid edirik ki, Türkiyə və Ermənistan iqtisadi əlaqələri bərpa etməyə və nəqliyyat əlaqələrini açmağa davam edə biləcəklər”, - Dövlət Departamenti qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.