Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin hava məkanının Ermənistandan gələn bütün uçuşlar üçün bağlanacağını bildirib.
Çavuşoğlunun sözlərinə görə, indi Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin digər “VIP-şəxsləri” Türkiyə üzərindən uça bilməyəcək. Xatırladaq ki, bundan əvvəl rəsmi Ankara Ermənistanın “FlyOne Armenia” aviaşirkətinin təyyarələrinə Türkiyə üzərindən Avropaya uçuşlar həyata keçirməyi qadağan etmişdi.
Daha əvvəl bildirilib ki, Türkiyə hava məkanından uçuş icazəsinin ləğv edilməsinə səbəb İrəvandan gələn təxribatlar olub. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində danışıb və Ermənistanı gərginliyin daha da artmasına qarşı xəbərdarlıq edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.