AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan sözçüsü: Beynəlxalq konyuktura sülhdən çox müharibənin tərəfindədir

  • + A
  • - A
  • 8-05-2023, 09:17

    Ərdoğan sözçüsü: Beynəlxalq konyuktura sülhdən çox müharibənin tərəfindədir

    Qərb ölkələri Ukraynada hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır. Azadmedia.az xəbər verir ki, bunu Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın deyib. Onun fikrincə, münaqişə tərəfləri Moskva və Kiyev deyil, Rusiya və Qərbdir. O, bu qarşıdurmanı “yeni soyuq müharibə” adlandırıb.

    “Hazırda beynəlxalq konyuktura sülhdən daha çox müharibənin tərəfindədir. Aparıcı qüvvələr onun davam etdirilməsinin tərəfdarıdır”, - deyə cənab Kalın “Habertürk” telekanalına müsahibəsində bildirib.

    Türkiyə liderinin nümayəndəsi bildirib ki, Ankaranın böhrandan çıxmaq üçün təklifləri var. Hazırda hakimiyyət bunun üzərində işləyir və bu məsələ ilə bağlı “perspektivlər var”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR