AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Gürcüstanla uçuşları bərpa edir və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edir

  • + A
  • - A
  • 10-05-2023, 18:36

    Rusiya Gürcüstanla uçuşları bərpa edir və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edir

    Mayın 15-dən Rusiya əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına daxil olan şəxslər istisna olmaqla, Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edəcək.

    Azadmedia.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin müvafiq fərmanı hüquqi informasiya portalında dərc olunub.

    Sənəddə müəyyən edilir ki, “2023-cü il mayın 15-dən Gürcüstan vətəndaşları etibarlı şəxsiyyət sənədləri əsasında Rusiya Federasiyasına daxil olur və Rusiya Federasiyasını viza vermədən tərk edirlər”.

    İstisna "Rusiya Federasiyasına əmək fəaliyyəti ilə məşğul olmaq üçün və ya 90 gündən çox müddətə, o cümlədən təhsil almaq məqsədi ilə daxil olan vətəndaşlardır".

    Rusiya dövlətinin başçısı digər fərmanla Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına və bu ölkəyə turların satışına qoyulan qadağanı aradan qaldırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR