AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın səyləri regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunmasına xidmət edir

  • + A
  • - A
  • 11-05-2023, 13:31

    Azərbaycanın səyləri regionda davamlı sülhün və təhlükəsizliyin  bərqərar olunmasına xidmət edir

    Prezident İlham Əliyevin cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və onun bu arzusu gerçəkləşdirildi. Xatırlatmaq istərdim ki, Ümummilli Lider 6 may 1996-cı ildə Şuşa və Laçın rayonlarının sakinlərinin bir qrupu ilə görüşdə tam əminliklə demişdir ki, “bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da, azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar”. Cənubi Qafqazın incisi Şuşa şəhəri həmişə Azərbaycan şəhəri olmuşdur və əbədi olaraq belə qalacaq.
    Bu gün Azərbaycan Şuşada, və ümumiyyətlə Qarabağ iqtisadi regionunda möhtəşəm işlər görür, irimiqyaslı layihələr həyata keçirir. Ölkəmiz regionda təhlükəsizlik və səmərəli əməkdaşlıq formatının qurulmasına çalışır və bu istiqamətdə bütün zəruri addımları atır. Ancaq rəsmi İrəvan uzunmüddətli sülhün bərqərar olmasına, təəssüf ki, maraq göstərmir və bir sıra hallarda ATƏT-in sabiq Minsk qrupunun davranışını, taktikasını təkrarlamaq istəyir. Ancaq Ermənistanın beynəlxalq norma və prinsiplərə zidd otuzillik davranışı yalnız Cənubi Qafqazda qərginlik yaradır. Bunun əksinə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, beş prinsip əsasında sülh müqaviləsinin imzalanması təklifini irəli sürüb və bu cür çərçivədən kənarda heç bir razılaşma ola bilməz.
    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR