Dubay İrəvan-Dubay reysini yerinə yetirən FlyOne Armenia təyyarəsinin enişinə qadağa qoyub, indi təyyarə Yerevana qayıdır. Azadmedia.az xəbər verir ki, bu barədə NEWS.am-a aviaşirkətin Direktorlar Şurasının sədri Aram Ananyan bildirib.
“Təyyarə İrana eniş edib. Aviadaşıyıcıda uçuşlar üçün bütün icazələr və lazımi sənədlər var idi. Səbəbləri biz yox, rədd edən tərəf izah etməlidir ki, hələ bunu etməyib”.
Xatırladaq ki, mayın 7-də FlyOne Armenia şirkətinin Yerevan-Dubay reysini həyata keçirən təyyarəsi də İranda, Şiraz hava limanında məcburi eniş edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.