AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tzipi Livni Azərbaycan Prezidentinə məktub göndərib

  • + A
  • - A
  • 12-05-2023, 21:00

    Tzipi Livni Azərbaycan Prezidentinə məktub göndərib


    2006-2009-cu illərdə İsrailin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Tzipi Livni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident İlham Əliyev!

    Ölkələr arasında münasibətlərin xarakterinin müəyyən olunmasında liderlərin rolu çox böyükdür. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi bu günlər onun irsini və Azərbaycandakı yəhudi icmasına töhfəsini, həmçinin Azərbaycan və İsrail arasında münasibətlərin əsasını qoyan ilk addımlarını xatırlamaq üçün gözəl fürsətdir.

    Zati-aliləri, Siz bu gün atanızın yolunu və siyasi kursunu layiqincə davam etdirirsiniz. Biz bu yubiley ilini rəmzi olaraq İsraildə Azərbaycan səfirliyinin açılması ili kimi qeyd edirik.

    Mərhum Prezident Heydər Əliyevin xatirəsinə və Zati-alinizin siyasətinə İsraildə böyük ehtiram bəslənilir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR