Azadmedia.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində mayın 13-də Ayova ştatında keçirilməsi planlaşdırılan mitinqi tornado təhlükəsi səbəbindən ləğv etmək məcburiyyətində qaldığını bildirib.
“Təəssüf ki, De Moinesdə tornado təhlükəsi səbəbindən bugünkü mitinqi ləğv etmək məcburiyyətindəyik”, - Tramp yazıb.
Siyasətçinin sözlərinə görə, dövlət hakimiyyəti ondan mitinqi ləğv etməyi xahiş edib, onlar da ona tədbirin vaxtını dəyişməyi təklif ediblər.
Mitinqin yeni tarixinin tezliklə elan ediləcəyini söylədi və Ayovadakı tərəfdarlarına ştatın mərkəzi hissəsində baş verə biləcək tornadoya görə qorunmalarını tövsiyə etdi.
Bundan əvvəl “The New York Post” Yahoo News/YouGov sorğusuna istinadən yazıb ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Donald Trampdan cəmi 2% daha çox reytinq qazanır. Amerikalıların 45%-i 2024-cü il seçkilərində Amerika liderinə, 43%-i isə keçmiş prezidentə səs verməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.