Azərbaycan və Ermənistan liderləri Brüsseldə Alma-Ata Bəyannaməsinə birmənalı sadiqliklərini təsdiqləyiblər.
Biz sərhəd məsələlərində irəliləyişi və sərhədlərin delimitasiyası üzrə növbəti addımları müzakirə etdik. Azadmedia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşündən sonra mətbuata açıqlamasında deyib.
“Bu kontekstdə liderlər sərhəd məsələləri üzrə ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər. Liderlər 1991-ci il Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29,8 min kvadrat kilometr, Azərbaycanın isə 86,6 min kvadrat kilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini bir daha təsdiq etdilər. Sərhədlərin delimitasiyası danışıqlar yolu ilə tamamlanacaq”, - Çarlz Mişel bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.