AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın uğurlu və qətiyyətli siyasəti Ermənistanı yenə masaya oturmağa məcbur etdi

  • + A
  • - A
  • 15-05-2023, 12:24

    Azərbaycanın uğurlu və qətiyyətli siyasəti Ermənistanı yenə masaya oturmağa məcbur etdi

    Milli Məclisin deputatı Ceyhun Məmmədov
    Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi.
    Vacib olan bu görüş nəhayət ki, baş tutdu. Bildiyimiz kimi Praqada keçirilmiş görüşdən sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Çünki Ermənistan Fransanın müdaxiləsi nəticəsində, məqsədyönlü şəkildə görüşün dördtərəfli formatda keçirilməsini istəyirdi və bunun üçün səy göstərirdi. Amma Azərbaycan buna razı olmadı və nəticə etibarilə rəsmi Bakının iradəsi, qəti mövqeyi sayəsində Brüssel formatında üçtərəfli görüş baş tutdu.
    Ermənistan siyasi müstəvidə Azərbaycanın təzyiqləri qarşısında hər dəfə daha ağır duruma məruz qalır. Bakı döyüş meydanında olduğu kimi siyasi arenada da Ermənistanı ağır duruma salıb və buna baxmayaraq sülh üçün öz təşəbbüslərini irəli sürmək kimi olduqca humanist bir yanaşmanı reallaşdırır. Ermənistan isə hər dəfə özünəməxsus riyakarlıq və hiyləgər planlarla bu prosesdən qaçmağa çalışsa da, Bakı uğurlu siyasəti nəticəsində onu tələb olunan həmin masaya oturtmağa məcbur edir.
    Göründüyü kimi, Fransa rəsmiləri görüşdə iştirak etmədi. Bu, Azərbaycanın iradəsini ortaya qoymasını bir daha sübut edən danılmaz faktdır. Fransanın müdaxiləsi prosesləri heç şübhəsiz ki, mənfi istiqamətə doğru aparır. Fransa ciddi cəhdlə Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını üzərlərinə götürməyə, əvvəlki müzakirələrdə əldə edilmiş razılıqları pozmağa cəhd göstərir. Bu qəbuledilməzdir, Azərbaycan hər hansı bir dövlətin bu prosesi pozmasına imkan verməyəcək.
    Azərbaycanın iradəsi ondan ibarətdir ki, regionda davamlı sülh və sabitlik, təhlükəsizlik tam təmin olunsun. Buna mane olan, Ermənistan tərəfidir.
    Qeyd edək ki, Brüssel formatı Azərbaycan üçün olduqca məqbul format sayılır.
    Brüssel sülh gündəliyinin əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edirdi. Bu görüşdə humanitar məsələlər, Azərbaycanın üzləşdiyi mina problemi, o cümlədən itkin düşmüş şəxslərin problemləri, həmçinin sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edildi.
    Brüssel görüşündə diqqət çəkən vacib məqamlardan biri müzakirələrdə Qarabağ mövzusunun gündəmə gəlməməsi oldu. Prezident İlham Əliyev bu məsələyə öz qətiyyətini hər zaman bildirib və Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusunun olmamasını nəzərə çatdırıb. Ermənistanın buna heç bir aidiyyatı olmadığını və bunun bizim öz daxili işimizin olmasını vurğulayıb.
    Avropa İttifaqı və Prezident Şarl Mişelin Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarının olması Brüssel prosesinin davamında uğurlu sülh sazişinə ümid etməyə zəmin yaradır.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR