NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, yeni müddətə qalmaq təklifi alsa belə, bu ilin payızında alyansdakı vəzifəsini tərk edəcək.
“Mənim yeganə planım bu payızda istefa verməkdir. Mən planlaşdırılmış müddətdən iki dəfə artıq vəzifədə qalacağam və bu barədə deyə biləcəyim tək şey budur”, – cənab Stoltenberq Danimarkada Demokratik Forumda çıxışı zamanı deyib.
Yens Stoltenberq 2014-cü ilin oktyabrında NATO-nun baş katibi olub. Onun NATO-nun baş katibi kimi səlahiyyət müddəti bu ilin oktyabrında başa çatır. O, daha əvvəl müqaviləsi bitdikdən sonra vəzifəsini tərk etmək planlarından danışmışdı.
Mart ayında İtaliyanın La Repubblica qəzeti Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin NATO-nun baş katibi ola biləcəyini yazmışdı. Media həmçinin Boris Consonu Böyük Britaniyanın keçmiş baş naziri postuna mümkün namizəd adlandırıb, özü də belə bir ehtimalı istisna etməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.