2022-ci ildə dünyada edamların sayı son beş ildə ən yüksək olub. 883 nəfərə ölüm hökmü çıxarılıb və hökm 20 ölkədə icra edilib. Bu, ötən illə müqayisədə 53% çoxdur. Azadmedia.az xəbər verir ki, bu rəqəmləri beynəlxalq insan haqları təşkilatı Amnesty International təqdim edir.
Qeyd olunur ki, edamların sayında kəskin artım Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verib. Burada rəqəmlər 2021-ci ildəki 520 hadisədən 2022-ci ildə 825-ə yüksəlib.
İranda il ərzində edamların sayı 314-dən 576-ya, Səudiyyə Ərəbistanında 65-dən 196-ya, ABŞ-da 11-dən 18-ə yüksəlib. Misirdə 2002-ci ildə 24 nəfər edam edilib.
Mayın 12-də Qırğızıstan hökumətinin pedofillər üçün ölüm hökmünün tətbiqinə qarşı çıxdığı bildirilib. “Ölüm hökmünün ləğvi ümumxalq səsverməsi ilə dəfələrlə təsdiq edilmiş fundamental konstitusiya normasıdır. Bu, müvəqqəti moratorium deyil, şüurlu seçimdir”, - Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.