AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Brüssel sülhünə Moskva BADALAĞI - NƏ ETMƏLİ?

  • + A
  • - A
  • 19-05-2023, 16:36



    Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb. Bu barədə o, hökumətin iclasında bildirib. Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini vurğulayıb.

    “Görüşün mayın 25-də keçirilməsi planlaşdırılır”, - o söyləyib.

    Xatırladaq ki, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.

    Məlumatı Azərbaycan tərəfinin təsdiqləmədiyini deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a söyləyib ki, belə bir görüşün perspektivdə keçirilməsi mümkündür:

    "Yəqin, yaxın günlərdə XİN məsələyə münasibət bildirəcək. Ümumiyyətlə isə artıq Vaşinqton və Brüssel formatı Moskvanı üstələyib. Yəni Qərbin təşəbbüsü ilə müəyyən nailiyyətlər əldə edilir. Bu isə Kremlin narahat olmasına gətirib çıxarır. Çünki Qərb Rusiyadan fərqli olaraq sülh müqaviləsinə daha loyal yanaşır.

    Bunun səbəbi isə , iqtisadi maraqların təminidir. Bu təminat üçün isə regionda təhlükəsiz mühit və sülh olmalı, nəqliyyat kommunikasiya xətləri açılmalıdır. Moskva isə müqavilənin imzalanmağına qarşıdır. Ona görə ki, müqavilə imzalansa, gərginlik olmayacaq və sülhməramlılara ehtiyac azalacaq. Bu nöqteyi nəzərdən Rusiya və Qərbin baxış bucağı fərqlidir".

    Analitik əlavə edib ki, Moskva təşəbbüsü əldən vermək istəmir:

    "Bunun üçün də proseslərin öz masasında cərəyan etməsini planlaşdırır. Rus diplomatların tez-tez Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatı, həmçinin bəyanatın tələbini xatırlatmağının səbəbi də budur. Düşünürəm ki, görüş baş tutarsa, Kreml öz rolunu yenə ortaya qoymağa çalışacaq.

    Digər tərəfdən Moskva başa düşür ki, artıq Vaşinqtonla Brüssel üçün əlverişli mühit yaranıb və sülh müqaviləsi “bişib”. Hətta müqavilənin yaxın zamanlarda imzalanma ehtimalı var.

    Ona görə də qabağa düşməyə çalışır. Ümumiyyətlə yəqin edirəm ki, təxribatlar bundan sonra daha da intensivləşəcək. Həmçinin Kreml sülh müqaviləsinə mane ola bilməyəcəyini gördükdə, öz vasitəçiliyini irəli sürəcək. Planlaşdırılan görüşdə isə yeni bir sənədin imzalanacağını gözləmirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR