AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən Laçın dəhlizinin açılmasını xahiş edib - NÖVBƏTİ SƏRSƏMLƏMƏ

  • + A
  • - A
  • 22-05-2023, 01:20

    Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən Laçın dəhlizinin açılmasını xahiş edib - NÖVBƏTİ SƏRSƏMLƏMƏ

    Ermənistan Laçın dəhlizinin açılması tələbi ilə Beynəlxalq Məhkəməyə müraciət edib.

    Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, ölkə ikinci dəfə Beynəlxalq Məhkəməyə müraciət edib və Azərbaycan Ermənistanı Dağlıq Qarabağla birləşdirən yolda nəzarət-buraxılış məntəqəsi quraşdırdıqdan sonra Laçın dəhlizinin maneəsiz hərəkət üçün açılmasını istəyib. Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziya Şirkəti məlumat yayıb.

    “Ermənistan-Artsax-Ermənistan yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırıldıqdan sonra biz ikinci dəfə Beynəlxalq Məhkəməyə müraciət etmişik. İrəvan gözləyir ki, Haaqa bizim iddiamızla bağlı yekun qərar qəbul edilənə qədər Laçın dəhlizi ilə maneəsiz hərəkət tələb edərək Bakıya qarşı müvəqqəti tədbir görəcək”, - deyə siyasətçi bildirib.

    Qeyd edildiyi kimi, Ermənistan tərəfi də Azərbaycanın BMT Məhkəməsinin müvəqqəti qərarlarına əməl etmədiyini və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına məhəl qoymadığını vurğulayıb.

    Bundan əvvəl bildirilmişdi ki, Ermənistanın sərhəddə yerləşən Kornidzor kəndində, Laçın dəhlizinə gedən Xəkəri körpüsünün yaxınlığında Dağlıq Qarabağa dəstək məqsədilə genişmiqyaslı etiraz aksiyası keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR