AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Brüssel danışıqları xarici medianın diqqətini çəkib

  • + A
  • - A
  • 22-05-2023, 12:30

    Brüssel danışıqları xarici medianın diqqətini çəkib

    Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Brüsseldə aparılan danışıqlar xarici medianın diqqətini çəkib. Lakin Brüssel görüşünün əsas ulduzu danışıqlarda iştirak edənlərdən biri deyil, Avropa Şurasının prezidenti olub. Avropanın “Politico” nəşri xəbər verir ki, danışıqlar başa çatdıqdan sonra jurnalistlərin görüşdə bütün iştirakçıları görmək gözləntilərinin əksinə olaraq, Çarlz Mişel mətbuata tək gedib və yeni heç nə deməyib:

    “Birləşmiş Ştatlarda sülh müqaviləsi üzrə aparılan son müsbət danışıqlardan sonra hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımlar atmaq üçün sürət saxlanılmalıdır”
    Mişel həmçinin Bakı ilə Qarabağın etnik erməniləri arasında birbaşa danışıqların aparılmasına çağırıb ki, Azərbaycan tərəfi bu danışıqları aparmaqdan çəkinmir, ancaq xalqın nümayəndələri, bu torpaqda yaşayanlarla danışmaq şərti ilə. Məqalə müəllifi xatırladır ki, Qarabağ sülh müqaviləsinə gedən yolda əsas büdrəmədir.

    “Aprel ayında Azərbaycan Qarabağ bölgəsinə gedən və ya ondan gedən yeganə yolu nəzarətə götürərək beynəlxalq səviyyədə tanınmış sərhəddə keçid məntəqəsi yaradıb. Rəsmilər bu addımın qeyri-qanuni silah ötürülməsini dayandırmaq üçün zəruri olduğunu desələr də, Yerevan vay-şüvən ənənəsinə sadiq qalaraq bunun Qarabağın erməni əhalisinə qarşı “etnik təmizləmə” üçün presedent yarada biləcəyindən ehtiyat edir”.

    Eyni zamanda, bəzi Avropa KİV-lərinin nikbin yazıları fonunda Amerika mətbuatı, əksinə, o qədər də arxayın deyil. "Brüssel danışıqları iki keçmiş sovet respublikası arasında ümumi sərhəddə bir sıra ölümcül toqquşmalar fonunda baş tutub", - Politico yekunlaşdırıb.

    “Mişellə danışıqlardan sonra Azərbaycan Ermənistanı minaatanlardan atəş açmaqda ittiham edib. İrəvan isə öz növbəsində ittihamları rədd edir. Hər iki tərəf son günlər gərgin sərhəddə baş verən ağır atışmalarda itkilərin olduğunu bildirir”.

    İndi danışıqlar Moskvaya gedir və orada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü gözləyirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR