AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mişustin Şanxayda Rusiya-Çin biznes forumunda iştirak edir

  • + A
  • - A
  • 23-05-2023, 09:33

    Mişustin Şanxayda Rusiya-Çin biznes forumunda iştirak edir

    Rusiyanın baş naziri Mixail Mişustin Rusiya-Çin biznes forumunda iştirak etmək üçün çərşənbə axşamı Şanxayda Huanqpu çayının sahilindəki konfrans mərkəzinə gəlib. Bu barədə TASS yazır.

    O, plenar iclasda çıxış edəcək. Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng-in də çıxışı gözlənilir.

    Plenar iclasdan sonra forum iştirakçılarının nəqliyyat sektoru, sənaye, kənd təsərrüfatı, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəkləri dəyirmi masalar keçiriləcək.

    Rusiya Federasiyası Nazirlər Kabinetinin materiallarında qeyd olunduğu kimi, Rusiyanın 15-dən çox iri müəssisəsinin nümayəndələri və bir sıra regionların rəhbərləri forumda iştirak edəcəklərini təsdiq ediblər.

    Forum başlamazdan əvvəl səhər saatlarında baş nazirin müavini Aleksandr Novak, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, rəqəmsal maliyyə naziri Maksut Şadayev, Sberbank-ın rəhbəri German Qref, habelə rusiyalı jurnalistlərin də daxil olduğu Rusiya nümayəndə heyətinin üzvləri koronavirus testi verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR