Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanda saxlanılan azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı BMT-nin baş katibinə müraciət ünvanlayıb. Məktub Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının sənədi kimi yayılıb. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məktubda əlverişsiz hava şəraiti nəticəsində itmiş, sonradan girov götürülmüş Azərbaycan ordusunun üzvlərinin işgəncələrə və digər qeyri-insani hərəkətlərə məruz qalmasından ciddi narahatlıq ifadə olunur.
Azərbaycan XİN rəhbəri həmçinin BMT-nin baş katibini Ermənistanın beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan təxribat xarakterli addımlarını pisləməyə, həmçinin Azərbaycan əsgərlərinin dərhal azad edilməsi üçünbeynəlxalq öhdəliklərə uyğun olaraq İrəvana təzyiq göstərməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.