"Laçın rayonunda beynəlxalq hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası zamanı deyib.
"Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir, onlardan ikisi işğaldan azad edilmiş ərazilərdə (Füzuli və Zəngilan – red) xidmət edir", - prezident bildirib.
Ölkə lideri qeyd edib ki, Laçın hava limanının istifadəyə verilməsi ilə Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.