Rusiya prezidenti Vladimir Putin cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Ölkə liderləri Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra Böyük Kreml sarayında danışıblar.
Paşinyan Putinlə görüşdə Qarabağ və Laçın dəhlizində vəziyyətin gərgin olaraq qaldığını bildirib.
O qeyd edib ki, Ermənistanın sərhəd və gömrük xidmətləri bütün nəqliyyat vasitələrinin ölkə ərazisindən normal keçməsini təmin etməyə hazırdır.
Baş nazir əlavə edib ki, İrəvan Azərbaycanın Ermənistan mallarının Rusiya Federasiyası və İrana paritet əsaslarla daşınması üçün açıq olacağını gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.