Çərşənbə günü, mayın 31-də ABŞ Rusiyaya qarşı dronlarda istifadə olunan texnologiyalara ixrac nəzarətinin gücləndirilməsi ilə bağlı yeni məhdudiyyətlər elan edəcək. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Sabah biz Ukraynanın mülki əhalisinə və mülki infrastruktura qarşı reydlərdə istifadə edilən İran pilotsuz təyyarələrində tapılan texnologiyalara ixrac nəzarətini gücləndirən, habelə Rusiyanın dezinformasiyasına qarşı mübarizə aparan, hüquq müdafiəçilərinə dəstək verən yeni tədbirləri elan edəcəyik”, - cənab Blinken mətbuat konfransında deyib.
Mayın 15-də Ağ Ev məlumat yayıb ki, Amerika prezidentinin administrasiyası Rusiya və İran arasında hərbi-texniki əməkdaşlıqda iştirak edənlərə qarşı sanksiyalar tətbiq etməyə razılaşıb. Söhbət əsasən İranın pilotsuz təyyarələrinin Moskvaya tədarükü, həmçinin Ukraynada döyüş əməliyyatları zamanı istifadə olunan artilleriya mərmiləri və sursatlardan gedirdi. Rusiya və İran bu tədarüklərlə bağlı məlumatları təkzib edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.