AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

  • + A
  • - A
  • 2-06-2023, 19:05

    Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

    Ermənistan hökuməti respublikanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakını təsdiqləyib. Bu barədə TASS yazır.

    Bundan əvvəl NTV telekanalı Paşinyanın inaqurasiya mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya gələ biləcəyini bildirmişdi.

    Mayın 28-də prezident seçkilərinin ikinci turunda səslərin ilkin hesablanmasından sonra Paşinyan sosial şəbəkədəki səhifəsində Ərdoğanı təbrik edərək, ölkələr arasında münasibətlərin tam şəkildə normallaşması üçün birgə işləməyə hazır olduğunu bildirib.
    Azadmedia.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də Ankarada keçiriləcək andiçmə mərasimində ən azı 20 dövlət başçısı və 45 nazirin iştirak edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR