İyunun 7-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gəlib.
Baş nazir həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.
Bundan başqa, səfər çərçivəsində Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.