AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazarbayevdən ofisi alınır

  • + A
  • - A
  • 7-06-2023, 18:53

    Nazarbayevdən  ofisi alınır

    Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ofisi restrukturizasiya prosesindədir və yaxın aylarda fəaliyyətini dayandıracaq, - respublikanın baş nazirinin müavini - maliyyə naziri Yerulan Jamaubayev bildirib.

    "Artıq bu ofisin restrukturizasiyası gedir. Düşünürəm ki, yaxın vaxtlarda nəhayət ki, qərarın necə olacağını sizə deyəcəyəm. Amma belə bir ofis artıq olmayacaq. Düşünürəm ki, yaxın ay yarım ərzində baş verəcək" . Azadmedia.az xəbər verir ki, bunu Jamaubayev çərşənbə günü parlamentin kənarında jurnalistlərə bildirib.

    O əlavə edib ki, restrukturizasiyadan sonra idarənin işçilərinin bir qismi başqa təşkilatlara keçəcək, bir qismi ixtisar olunacaq.

    Xatırladaq ki, ilin fevralında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Qazaxıstan Respublikasının Konstitusiya Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” konstitusiya qanununu imzalayıb.

    Martın əvvəlində maliyyə nazirinin müavini Dauren Temirbekov 2023-cü ildə Nazarbayevin ofisinin maliyyələşdirilməsinin 130 milyon tenge azalacağını bildirmişdi.

    30 ilə yaxın Qazaxıstana rəhbərlik etmiş Nursultan Nazarbayevin iyulun 6-da 83 yaşı tamam olacaq. O, 2019-cu ilin martında dövlət başçısı vəzifəsindən istefa verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR