AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Ərdoğanın Kaxovskaya SES-də baş vermiş insidentlə bağlı beynəlxalq komissiya yaratmaq ideyasını şərh etmir

  • + A
  • - A
  • 7-06-2023, 23:41

    ABŞ Ərdoğanın Kaxovskaya SES-də baş vermiş insidentlə bağlı beynəlxalq komissiya yaratmaq ideyasını şərh etmir

    ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kaxovskaya SES-də baş vermiş insidentin araşdırılması üçün beynəlxalq komissiya yaratmaq təşəbbüsünü şərh etməyəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel məlumat verib.

    O əlavə edib ki, ABŞ hakimiyyəti Kaxovskaya SES-də baş vermiş insidentin səbəblərini araşdırmaqda davam edir. Bundan əlavə, onlar Kiyevlə daim əlaqə saxlayırlar.
    Araşdırmaq üçün hər hansı beynəlxalq qurumların yaradılması barədə deyəcək heç nəyim yoxdur".
    Bundan əvvəl Reuters agentliyi Ağ Evin Kaxovka SES-in dağıdılmasının mümkün nəticələrindən narahat olduğunu bildirmişdi. Həmçinin, ABŞ səlahiyyətliləri bu hadisənin nəyə çevrilə biləcəyini anlamağa çalışır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR