ABŞ Dövlət Departamenti bəyan edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əvvəllər iyunun 12-nə nəzərdə tutulan danışıqların yeni tarixləri barədə departamentdə məlumat yoxdur.
"Danışıqların növbəti raundunun tarixinə gəlincə, hazırda konkret tarixlərimiz yoxdur", - ABŞ Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinə bildirib.
Bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünün təxirə salındığı bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.