Rusiya prezidenti Vladimir Putin cümə günü Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Azadmedia.az xəbər verirki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O bildirib ki, bu gün Soçidə prezidentin iş günü keçirilir. "Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca işgüzar görüş keçirəcək", - Kremlin sözçüsü bildirib.
Cümə günü Rusiya prezidenti Vladimir Putin Soçidə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin baş nazirləri ilə görüşəcək.
Peskov deyib ki, Putin bu gün Soçidə işləyir. "Prezident Siriusa gedəcək, orada Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclaslarında iştirak edən xarici nümayəndə heyətlərinin başçıları ilə görüşdə iştirak edəcək", - Kremlin sözçüsü bildirib.
Peskov həmçinin əlavə edib ki, “həm Putinin, həm də [Rusiya Baş naziri Mixail] Mişustinin çıxışı olacaq, xarici nümayəndə heyətlərinin rəhbərlərinin çıxışı olacaq”.
Azərbaycanın Baş naziri Əli Əsədov Soçidə keçirilən tədbirlərdə iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.