Azərbaycanın yaşıl enerji sahəsində böyük potensialı var. Azadmedia.az xəbər veriir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Avropa İttifaqına daxil olan dövlətlərin və jurnalistlərin Lənkəranın İstisu qəsəbəsində təşkil edilmiş görüşü zamanı deyib.
Energetika ilə bağlı jurnalistlərin suallarını cavablandıran səfirin sözlərinə görə, Aİ ilə Azərbaycan arasında energetika sahəsində kifayət qədər inkişaf etmiş əməkdaşlıq mövcuddur: “Ötən ilin iyulunda imzalanmış energetika sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu təkcə Azərbaycan qazının nəqlinin artırılması məsələsini nəzərdə tutmur. Avropaya, həm də yaşıl enerji kimi mühüm məqama toxunur. Biz bu istiqamətdə konkret irəliləyiş görürük. Buna misal olaraq Azərbaycan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş, Gürcüstan, Rumıniya və Macarıstan arasında ötən ilin dekabrında imzalanmışdır", - deyən Peter Mixalko qeyd edib ki, Azərbaycan hazırda bərpa olunan enerjiyə fokuslanıb. Səfirin sözlərinə görə, bu, “energetika sektorunun gələcəyidir”.
Çıxışının sonunda Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Azərbaycanın artıq yaşıl enerji sahəsində inkişafı necə uğurla həyata keçirməyə başladığını görməkdən sevinc duyduğunu bildirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.