AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

P.Mixalko: Aİ ilə Azərbaycan arasında yeni sazişin imzalanmasına zərurət var

  • + A
  • - A
  • 10-06-2023, 23:26

    P.Mixalko: Aİ ilə Azərbaycan arasında yeni sazişin imzalanmasına zərurət var

    Xəbər verdiyimiz kimi "Avropa Şəhərciyi” adlı tədbirdə iştirak etmək üçün Lənkərana səfər edən avropalı diplomatlar Lənkəran Dövlət Universitetində tədbir keçiriblər. Azadmedia.az xəbər verir ki, görüşdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxışında Aİ ilə Azərbaycan arasındakı əlaqələrə toxunub və bildirib ki, Qarabağda minatəmzləmə sahəsində Azərbaycana ən böyük dəstəyi təmsil etdiyi qurum və ona üzv olan ölkələr verirlər. Diplomatın sözlərinə görə, minatəmizləmə Avropa İttifaqı və eləcə də Azərbaycan hökuməti üçün prioritet məsələdir. Avropalı diplomat Azərbaycanla qarşılıqlı əməkdaşlığın genişləndiyini və dövrün tələblərinə uyğun olaraq əməkdaşlığa yeni sektorların əlavə olunduğunu vurğulayıb. P.Mixalkonun sözlərinə görə, zamanın tələblərinə uyğun olaraq Aİ ilə Azərbaycan arasında yeni sazişin imzalanmasına zərurət var və hazırda sözügedən istiqamətdə işlər gedir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR