Rusiya Federasiyasının sülhməramlıları Şuşa rayonu ərazisində atəşkəs rejiminin ermənilər tərəfindən iki dəfə pozulması faktını qeydə alıblar.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin 11 iyun tarixli məlumat bülletenində məlumat verilib.
Ölən və yaralananlar olmayıb. RHK komandanlığı Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə insidentlə bağlı araşdırma aparır.
Həmçinin qeyd olunur ki, 277,8 ton humanitar yardım sülhməramlıların maşınları ilə Xankəndiyə çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.