AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

15 iyun - Milii Qurtuluş günü Azərbaycan tarixin şanlı səhifəsidir

  • + A
  • - A
  • 12-06-2023, 09:52

    15 iyun - Milii Qurtuluş günü Azərbaycan tarixin şanlı səhifəsidir


    Azərbaycan dövlətçiliyinin tarixində böyük əhəmiyyət kəsb edən qünlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Məhz bu gün 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədrinə verilmişdir.
    Həmin dövrdə yaranmış gərgin şəraitdə Ulu Öndər xalqın təkidli dəvətini qəbul edərək, Bakıya gəldi və ölkənin aqır vəziyyətdən çıxarılması missiyasını öz üzərinə qötürdü. Ümummilli Liderin dediyi kimi, “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.” Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, siyasi vəziyyətin həddən artıq gərginləşməşi, iqtisadi-sosial vəziyyətin ağırlaşması ölkəni düşdüyü durumdən çıxara biləcək liderə ehtiyac olduğunu əyani şəkildə göstərirdi. Əlbəttə ki, belə bir lider yalnız böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev ola bilərdi.
    1993-cü ildə seçicilərin mütləq əksəriyyətinin səsini qazanan və Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
    1997-ci ilin iyun ayında Milli Məclis tərəfindən 15 iyun gününün bayram elan edilməsi böyük rəmzi məna daşıyırdı, çünki bu tarixi qün ölkəmizin tənəzzüldən xilas olmasını, Azərbaycanın beynəlxalq birlikdə layiqli yerini tutmasını səciyyələndirirdi.
    Prezident İlham Əliyevin dediyi kimi, “danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
    Ulu Öndərin siyasi kursunu böyük müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dinamik inkişafda olan və dünya birliyində öz qəti mövqeyi ilə fərqlənən dövlət kimi tanıdıb. Bu gün global miqyasda cərəyan edən mürəkkəb proseslər fonunda ölkəmiz xalqımızın milli maraqlarına tamamilə cavab verən müstəqil xarici siyasət yürüdərək yeni-yeni uğurlara doğru irəliləyir.
    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR