Azərbaycan Xarici İşlər Nazirliyi meşə yanğını qurbanları ilə əlaqədar Qazaxıstana başsağlığı verib. Bu barədə nazirliyin sosial şəbəkədəki məlumatında deyilir:
“Qardaş Qazaxıstanın Abay rayonunda dağıdıcı meşə yanğını xəbəri bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün xəsarət alanlara şəfa diləyirik.
Biz qardaş Qazaxıstan xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk”.
Respublikanın Abay rayonunda baş verən meşə yanğınları nəticəsində 14 nəfər ölüb. Qazaxıstanda iyunun 12-si faciə qurbanlarının xatirəsinə ümummilli matəm günü elan edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.