Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır, lakin konkret tarix hələ müzakirə edilməyib. “İnterfaks” xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
“Türkiyə Prezidenti dövlətimizin başçısını Türkiyəyə səfərə dəvət etdiyini təsdiqlədi. Planlar var, lakin konkret tarixlər hələ müzakirə olunmayıb”, - deyə Uşakov Rusiya prezidentinin Türkiyəyə səfər planlaşdırıb-qalmadığı sualına cavab verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.