İrəvan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkindən narazılığını bildirib.
Ermənistan Xarici İşlər Nazirliyinin izah etdiyi kimi, buna səbəb Laçın BCP-də “dünənki insidentdə Rusiya sülhməramlılarının iştirakı” olub.
Bundan əvvəl Azərbaycanın Dövlət Sərhəd Xidməti Laçında ermənilərin təxribatı nəticəsində bir Azərbaycan əsgərinin yaralanması faktını təsdiqləyib.
Yaralılara ilkin tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.
İdarə təxribata görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə qoyub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.