Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri və xərcləri artırılıb.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 890 500,0 min manat, xərcləri 36 624 800,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 125 798,0 min manat, yerli gəlirləri 764 702,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 847 792,0 min manat, yerli xərcləri 777 008,0 min manat) məbləğində təsdiq edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.