Avropa Şurası Azərbaycan və Ermənistan arasında danışıqların bərpası və qarşılıqlı etimadın yaradılması üçün mümkün olan hər şeyi etməyə hazırdır. Bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh yalnız iki ölkə liderlərinin danışıqları nəticəsində əldə oluna bilər: “Biz iki ölkə arasında qarşılıqlı etimad və dialoq yaratmaq üçün səy göstərmişik. Bir neçə həftə əvvəl yüksək səviyyəli nümayəndə heyətimiz Azərbaycanda səfərdə olub. Yaxın günlərdə nümayəndə heyətimiz Ermənistana da səfər edəcək. Bununla belə, ən vacibi iki ölkə arasında danışıqların bərpa olunmasıdır. Hər iki ölkənin liderləri sülhə nail olmalıdırlar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.