AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın keçmiş prezidenti Donald Tramp narkotik alverçilərinə ölüm cəzası verilməsini istəyib

  • + A
  • - A
  • 21-06-2023, 16:58

    ABŞ-ın keçmiş prezidenti Donald Tramp narkotik alverçilərinə ölüm cəzası verilməsini istəyib

    ABŞ-ın keçmiş prezidenti Donald Tramp müsahibəsində hakimiyyəti qeyri-qanuni maddələrin alverinə görə ölüm cəzası tətbiq etməyə çağırıb. Azadmedia.az-ın məlumatına görə bu barədə Fox News xəbər verir.

    Bəyanatda bildirilir ki, ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cəzaların sərtləşdirilməsi, o cümlədən ölüm hökmünün tətbiqi lazımdır. Trampın sözlərinə görə, bu təşəbbüs ABŞ-da cinayətkarlığın səviyyəsini azaltmağa kömək edəcək.

    Fox News-un aparıcısı xatırladıb ki, 2018-ci ildə eks-prezident narkotik alveri və çirkli pulların yuyulmasında təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş ölkə vətəndaşını şəxsən əfv edib. Daha sonra Donald Tramp deyib ki, əgər qızın üzərində ölüm hökmü təhlükəsi asılı olsaydı, o, cinayəti törətməzdi.

    Tsarqrad yazır ki, bundan əvvəl ABŞ-ın keçmiş lideri Mayamidə keçirilən məhkəmə iclasında məxfi materiallara sahib olmaqda və ədalət mühakiməsinə mane olmaqda günahını etiraf etməkdən imtina edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR