AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə 2024-cü ildə Akkuyu AES-də elektrik enerjisi istehsalına başlamaq niyyətindədir

  • + A
  • - A
  • 21-06-2023, 18:21

    Türkiyə 2024-cü ildə Akkuyu AES-də elektrik enerjisi istehsalına başlamaq niyyətindədir

    Türkiyə 2024-cü ildə ölkənin ilk atom elektrik stansiyası olan Akkuyuda elektrik enerjisi istehsalına başlamağı planlaşdırır. Bunu çərşənbə günü İstanbulda keçirilən Atom Elektrik Stansiyaları NPPES-2023 sərgi və sammitində Türkiyə Respublikası Energetika Nazirliyinin Nüvə Enerjisi İdarəsinin rəhbəri Salih Sarı deyib.
    Türkiyə Energetika Nazirliyinin nümayəndəsinin sözlərinə görə, onun ölkəsi Rusiya və Cənubi Koreya ilə Qara dənizin Sinop vilayətində ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır. Bundan əlavə, Türkiyənin Avropa hissəsində (Trakiya bölgəsi) üçüncü AES-in tikintisi ilə bağlı danışıqlar aparılır, həmçinin dördüncü AES-in tikintisi də planlaşdırılır.

    Akkuyu Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.

    Stansiya Rusiya istehsalı olan “3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1200 MVt olacaq. Bu atom elektrik stansiyası istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Layihə tamamilə Rusiya tərəfindən maliyyələşdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR