Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələri Azərbaycan ərazisində birgə “Alpan-2023” təlimləri keçirir. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərin ssenarisinə əsasən, doğma aerodromlardan uçuşlar yerinə yetirən təyyarələr uzun və qısa məsafələrdə saxta düşmənin hava hücumundan müdafiə sistemlərinin, komanda məntəqələrinin və cəmləşmə obyektlərinin və digər epizodların məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Təlimlərin əsas məqsədi şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən bölmələrin qarşılıqlı fəaliyyətinin təmin edilməsi və onların döyüş qabiliyyətinin artırılmasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.