Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub. Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki rəsmi səhifəsində yazıb.
“Jandarma komandanı, ordu generalı Arif Çətin ilə qardaş Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov arasında telefon danışığı olub. Hörmətli həmkarımla ölkələrimiz arasında qırılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük”, - deyə Ali Yerlikaya bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.