AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Azərbaycan və Ermənistan arasında gərginliyin artmasından narahatdır

  • + A
  • - A
  • 23-06-2023, 23:54

    Aİ Azərbaycan və Ermənistan arasında gərginliyin artmasından narahatdır

    Avropa Xarici Fəaliyyət Xidmətinin (EBU) rəsmisi bildirib ki, Aİ hər gün atışma insidentləri ilə bağlı Azərbaycan və Ermənistan arasında artan gərginlikdən narahatdır.

    Cümə günü Brüsseldə dərc olunan kommünikedə deyilir: "Aİ son bir neçə həftə ərzində Azərbaycan və Ermənistan arasında gərginliyin artmasını diqqətlə izləyir. Eyni zamanda, hər gün atışma hadisələri qeydə alınır".

    EBU sözçüsü bildirib ki, son yüksək səviyyəli bir sıra görüşlərdən sonra Aİ bu gərginliyin aradan qaldırılmasına və qarşılıqlı məqbul həll yollarının tapılmasına kömək etmək üçün səylərini davam etdirir.

    Daha əvvəl cümə günü Aİ Şurası sənəd yayıb ki, iyunun 26-da Lüksemburqda keçiriləcək görüşdə Aİ xarici işlər nazirlərinə Aİ diplomatiyasının rəhbəri Cozep Borrel Avropa Şurasının prezidenti Şarl Mişelin Azərbaycan ilə münasibətlərin normallaşdırılması istiqamətində gördüyü işlər barədə məlumat verəcək.

    Avropa Şurasının rəhbəri, elan olunduğu kimi, iyulun 21-də Brüsseldə bu ölkələrin liderləri ilə növbəti üçtərəfli görüşü keçirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR