Fransa məhkəməsi Azərbaycanın Parisdəki səfirliyinə hücum edən şəxsi 6 aylıq şərti cəzaya məhkum edib. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva bildirib.
"Ədalət zəfər çaldı! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxs 6 ay şərti cəzaya məhkum edilib və ona dəymiş ziyana görə kompensasiya ödənilib", - diplomat sosial şəbəkədə paylaşdığı mesajda bildirib.
Xatırladaq ki, sentyabrın 18-də erməni radikalları aksiya zamanı Azərbaycanın Fransadakı səfirliyinə soxulmağa cəhd ediblər. Onlar giriş qapısını sındıraraq içəri girməyə çalışıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında bu vandalizm aktını pisləyib və Fransa hüquq-mühafizə orqanlarından hücumla bağlı araşdırma aparmağı və baş verənlərə müvafiq hüquqi qiymət verməyi tələb edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.